Sadaxli kendi

Sadaxlı  — Gürcüstan Respublikasının Aşağı Kartli diyarı Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kəntdir.

Image result for sadaxli kendiSadaxlı kəndi Sarvan şəhərindən 35 km, paytaxt Tiflisdən isə 65 km cənubda, dəniz səviyyəsindən təqribən 450 metr yüksəklikdə, Tona çayının sol sahilində yerləşir. Həmin ərazidə bu çay həm də Ermənistanla Gürcüstanın sərhəd xəttinin bir hissəsini təşkil edir.

Əhalisi

2002-ci ildə Gürcüstanda aparlmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən kənddə 2272 ailədə 9450 nəfər əhali yaşayır. Kənd əhalisinin 50,1%-i kişilər, 49,9%-i isə qadınlardan ibarətdir. Ailələrin orta say tərkibi 4,2 nəfərdir. Rəsmi statistikaya əsasən kənd sakinlərinin 97%-i etnik Azərbaycanlılardan ibarətdir. Sadaxlı kəndi əhalisinin sayına görə Borçalıda və Gürcüstanda ən böyük kənd yaşayış mətəqəsidir.

Təsərrüfatı

Sadaxlı Marneuli rayonunun aqrar kəndidir. Əsas məşğulluq sahələri kənd təsərrüfatı və sərhədyanı ticarətdir. Taxılçılıq, tərəvəzçilik, kartofçuluq, maldarlıq, arıçılıq və s. inkişaf etmişdir. Ermənistanla sərhəddə yerləşdiyindən burada eyniadlı sərhəd-buraxılış məntəqəsi və gömrük postu da yerləşir. 2003-cü ilədək burada sərhədyanı ticarət üçün nəzərdə tutulmuş bazar (Sadaxlı bazarı) fəaliyyət göstərsə də, sonralar naməlum səbəblərdən bağlanmışdır. Bazarın fəaliyyətini dayandırması kənddə işsizliyin artmasına rəvac verərək güclü emiqrasiya ilə müşayiət olunmuşdur. Sadaxlı kəndi və ətraf azərbaycanlı kəndləri ildə 11.000 ton taxıl istehsal edirdilər. Lakin son illərdə məmurlar həmin kəndlərə gələn 80 km uzunluğunda su xəttini kəsərək metal qəbuluna satması nəticəsində kəndlər susuz qalıb. Nəticədə həmin kəndlərin əhalisi 18.000 nəfərdən indi 4.000-5.000 nəfərə qədər düşüb.

Görkəmli şəxsiyyətlər

  • Aşıq Məhəmməd Sadaxlı
  • Elxan Poluxov
  • Fərhad Xudiyev
  • Həmid Vəliyev
  • İlyas Adıgözəlli
  • Musa Ayvazov
  • Nazim Poluxov
  • Pənah Xəlilov
  • Polux Poluxov


Aşıq Məhəmməd Sadaxlı


Aşıq Aslan Kosalı.jpg
Aşıq Məhəmməd 1930-cu ildə Cürcüstan Respublikasının Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmışdır. Həmin kənddə ibtidai, sonralar isə 7 illik təhsil almışdır. Uşaqlıqdan əkinçilik və heyvandarlıqla məşğul olan aşıq həyatı boyu doğulduğu kənddə yaşamışdır.
Məktəb illərindən aşıq sənaəınə həvəs göstərməsi onu öz üzərində çalışmağa, aşıq şeirini, xalq dastanlarını və aşıq havalarını dərindən öyrənməyə sövq etmişdir.
1950-ci illərdən ifaçılıq sənətini daha dərindən mənimsəmək və bu sahədə biliklərini daha da artırmaq istəyən Məhəmməd ustad yanına gedərək sənətin sirlərini öyrənmiş, saz havalarının bir çox variantlarını mənimsəmiş, digər tərəfdən aşıq şeirinin bütün növlərindən istifadə etməklə onları saz havalarında oxumağı öyrənməyə çalışmışdır. Həyatının ilk illəri ötən yüzilliyin repressiyaları, İkinci Dünya savaşına. Aclıq illərinə təsadüf etməsi, onun özünü bir insan kimi formalaşdırmış, mətin və dəyanətli şəxs kimi yetkinləşməsinə yol açmışdır. Məşhur Borçalı aşığı Xındı Məhəmmədin şagirdi olması, onunla məclislərə getməsi, Sadaxlı Məhəmmədin klassik və milli ənənələrə bağlı aşıq kimi yetişməsinə böyük təsir göstərmişdir. Məhəmməd göz açdığı bölgədə və Borçalının bütün ərazilərində aşıqlığın çox böyük, məsuliyyətli və ağır bir iş olduğunu da anlamışdı. Burada aşıq kimi yetişmək yalnız saz çalıb oxumaqla, düyünlərdə və məclislərdə insanlarlı əyləndirmək işi deyildir. O da aydın dərk edirdi ki, aşıq bir şəxsiyyət kimi yaşından asılı olmayaraq həm muəllim, həm də el ağsaqqalı kimi tanınır. Aşıq xalq arasında dolaşıq işləri həll edən, yeri gəldikdə xalq hakimi kimi anlaşılmazlıqlara aydınlıq gətirən, küsülüləri barışdıran, ailə məsələlərini, bəzən də dövlət və xalq arasındakı problemləri çözən, siyasi msələlərə aydınlıq gətirən bir “vəzifə” sahibidir. Ona görə Aşıq Məhəmməd Sadaxlı da ustadlarında gördüyü bu keyfiyyətləri mənimsəmək üçün daha dərindən çalışmalı, hər bir ağır işə qatlanmalı olmuşdur.

Aşığın Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə 80 və 85 illik yubileyləri keçirilmişdir. Məhəmməd Sadaxlı həmçinin "Şərəf" ordeni ilə təltif olunmuşdur. Ustad aşıq 25 mart 2016-cı ildə 85 yaşında vəfat etmişdir.

Elxan Poluxov

Elxan PoluxovElxan Polux oğlu Poluxov — Azərbaycan Respublikası dövlət xadimi və tanınmış diplomatı, Azərbaycanın Cənubi Afrika Respublikası, Anqola, Mozambik, Svazilend və Zimbabvedəki Fövqəladə və səlahiyyətli səfiri.

Elxan Polux oğlu Poluxov Gürcüstan SSR-in Marneuli rayonunun Sadaxlı kəndində ziyalı ailəsində dünyaya gəlib.

2009-cu ildə Elxan Poluxov Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov tərəfindən XİN Mətbuat Xidmətinin Rəhbəri təyin edildikdən sonra, həm diplomatik sahədə, həm də mətbuatda geniş tanınmağa başlamışdır.










Həmid Vəliyev

Hemid veliyev.jpgHəmid Vəliyev 15 iyul 1939-cu ildə Borçalı mahalının Sadaxlı kəndində anadan olmuş, ADU-nun Filologiya fakültəsinin Jurnalistika şöbəsini (1966), Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin jurnalistika fakültəsini (1978) bitirmiş, Marneuli rayon qəzetində əmək fəaliyyətinə başlamış (1958), Tbilisidə "Sovet Gürcüstanı" qəzetində korrektor, baş korrektor (1960-1968), şöbə müdiri (1968-1972), redaktor müavini (1973-1991) vəzifələrində  çalışmış, Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan "Yurd" jurnalının Azərbaycan buraxılışına rəhbərlik etmiş (1991-1995), "El qəzeti"nin, "Mübarizə" və "Şəfqət" qəzetlərinin, "Borçalı" jurnalının baş redaktoru olmuşdur. Gürcüstan SSR-in əməkdar jurnalisti (1988), Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına (2009), "Əməkdə fərqlənməyə görə" (1970) və "Tərəqqi" (2005) medallarına, Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1972), Azərbaycan mətbuat şurasının diplomuna (2013) və digər mükafatlara layiq görülmüşdür.
Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin, "Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində" monoqrafiyasının (B.,1984), "Dünya informasiya agentlikləri" (B.,2003), "Beynəlxalq jurnalist təşkilatları" (B.,2005) adlı dərs vəsaitlərinin, "Xarici ölkələrin jurnalistikası tarixi" (B.,2012;B.,2014) dərsliyinin, "Mark Tven jurnalist kimi" (B.,2014) kitabının müəllifidir. Elmi əsərləri Türkiyədə, Moskvada, Tbilisidə, Kiyevdə,Alma-Atıda, Daşkənddə və digər yerlərdə çap olunmuşdur.
Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə etmiş və kitab 1993–cü ildə "İşıq" nəşriyyatı tərəfindən kütləvi tirajla çap olunmuşdu. Həmin kitabın təkrar nəşri 2014-cü ildə olmuşdu.
1992-ci ildən BDU-da elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında 20-dən çox magistr dissertasiyası yerinə yetirilmişdir; 3 nəfər doktorantın elmi rəhbəri, Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür. 2004-cü ilin dekabrından BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır.
2011-ci ilin iyul ayında BDU-nun professoru elmi adını almışdır.
H.Vəliyev Azərbaycan Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub.

Kitablar

  1. Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində (Monoqrafiya). B., 1984
  2. Deyl Karnegi. Dostu necə qazanmalı (Tərcümə). B., 1993
  3. Dünya informasiya agentlikləri (Dərs vəsaiti). B., 2003
  4. Beynəlxalq jurnalist təşkilatları (Dərs vəsaiti). B., 2005
  5. Vəliyev H. Xarici ölkələrin jurnalistikası tarixi. B., 2012
  6. Xarici ölkələri jurnalistikası tarixi Bakı “ Poliqrafiya” 2014. Poliqrafiya” Bakı- 2014. . 640 s. 40.ç. v. (Dərslik)
  7. Mark Tven jurnalist kimi. Bakı, “Qanun” 2014.78 s.5ç.( Dərs vəsaiti)
  8. Dost qazanmaq və adamlara təsir göstərmək sənəti Deyl Karnergi. Bakı, “Qanun” 2014, 312s (Tərcümə)
  9. Şerl Sendberq Nell Skovel “Fəallıqdan qorxma” Bakı -2015 (Tərcümə)

İlyas Adıgözəlli

İlyas Adıgözəlli.jpg
İlyas Adıgözəlli, 15 oktyabr 1938-ci ildə Gürcüstan Respublikasının Borçalı(Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd orta məktəbini (1957), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini (1962) bitirmişdir.
Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində(1963-2007-ci illərdə)  işləmişdir.Bu illərdə “Araz” radiostansiyasında şöbə müdiri(1964), baş redaktorun müavini(1969), baş redaktor(1990), “Araz” proqramının baş direktoru(1993-1997-ci illərdə), radioda şərhçi (1997-2007-ci illərdə) vəzifələrində çalışmışdır. 2 dəfə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına(1971,1984)və Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına(1992) layiq görülmüşdür.
2007-ci ildən təqaüdə çıxsa da Azərbaycan Televiziya və Radio Verilişləri-Qapalı Səhmdar Cəmiyyətində müqavilə üzrə proqramlar hazırlayır.Bakı Avrasiya Universitetində və Bakı Slavyan Universitetində jurnalistika fakultəsi tələbələrinə dərs deyir.

Kitablar

  1. Elim-obam Sadaxlı.Bakı,“Azərbaycan”nəşriyyatı,2000,336 səh.
  2. Əzizim Vətən yaxşı... Bakı,“Nurlan”nəşriyyatı,2004,188 səh.
  3. Borçalının Sadaxlı dünyası,Bakı,“Nurlar”nəşriyyatı,2014,575 səh.



Musa Ayvazov

Musa Ayvazov.jpg

Musa Ayvazov, 21 mart 1921-ci ildə Gürcüstan Respublikasının Borçalı(Marneuli) rayonunun Sadaxlı kəndində anadan olmuşdur. Sadaxlı kənd 7 illik məktəbini (1936), Sarvanda Borçalı türk pedoqoji texnikumunu (1939) bitirmişdir.
Mollaoğlu (1939-1945), Xüldərə (1945-1947) və Təzəkənd kənd  (1947-1958) ibtidai məkrəblərində müdir-müəllim işləmişdir. Ömrünün 50 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. Fədakar əməyi yüksək hökümət mükafatları və fəxri fərmanları ilə qiymətləndirilmişdir.
Sadaxlı kənd 1 saylı orta məktəbində işləyərkən 1973-cü ildə Gürcüstan SSR Əməkdar Müəllimi fəxri adına layiq görülmüşdür.
Musa Ayvazov 1998-ci il fevralın 7-də dünyasını dəyişmişdir.



Nazim Poluxov

Nazim Poluxov.jpg
Nazim Poluxov 1960-cı il martın 22-də Gürcüstanın Marneuli rayonunun Sаdахlı кəndində anadan olmuşdur. 1977-ci ildə kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat fakültəsini bitirmişdir. 1982-1994-cu illərdə "Bakıdövlətlayihə" İnstitutda müxtəlif mühəndis vəzifələrində işləmişdir.
1994-ci ildən başlayaraq müxtəlif özəl şirkətlərdə mühəndis vəzifələrində işləmişdir. Azərbaycanda tikilən yüzlərlə yüksəkmərtəbəli yaşayış binalarının və ictimai təyinatlı binaların konstruktiv layihələrinin müəllifidir. Bakı şəhərində C.Cabbarlı küçəsində ilk dəfə ən dərin - 5 mərtəbəli yeraltı avtomobil dayanacağı olan 18 mərtəbəli inzibati binanın konstruktiv layihəsinin müəllifidir.
2006-cı ildə "Dəmir-beton yatıq qabıqların kontur konstruksiyaların sərtliyindən asılı olaraq zəlzələyə davamlılığının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib texnika elmləri namizədi alimlik dərəcəsi alımışdır. Onlarla elmi məqalələrin müəllifidir.
2008-ci ildən "Bakı Dövlət Layihə Institutu"nun baş konstruktorudur.

Pənah Xəlilov

Pənah Xəlilov.gifPənah Xəlilov 1925-ci il iyulun 1-də Gürcüstanın Borçalı rayonunun Sadaxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. İbtidai təhsilini kənddə almışdır. 1934-cü ildə ailəlikcə Gəncəyə köçdüklərindən M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbində oxumuş, ADU-nun filologiya fakültəsini bitirib (1943-1948), orada Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı (1948-1951), sonra həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) olmuşdur. 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlamışdır. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olmuşdur. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmışdır. "Azərbaycan sovet ədəbiyyatı tarixi" (üç cilddə) və "Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri" (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilmişdir.

Əsərləri

  1. Sovet ədəbiyyatının son nailiyyətləri. Bakı: Azərtədrisnəşr, 1964, 156 səh.
  2. Azərbaycan sovet ədəbiyyatı. Bakı: Maarif, 1966, 436 səh. (şərikli)
  3. SSRİ xalqları ədəbiyyatı (iki cilddə). I c. Bakı: Maarif, 1966, 409 səh.
  4. SSRİ xalqları ədəbiyyatı (iki cilddə). II c. Bakı: Maarif, 1968, 401 səh.
  5. Sovet ədəbiyyatı (dərsliyə əlavə). Bakı: Maarif, 1970, 139 səh. (şərikli)
  6. Dostluğun gücü. Bakı: Gənclik, 1972, 34 səh.(şərikli)
  7. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1972, 280 səh. (şərikli)
  8. SSRİ xalqları ədəbiyyatı (iki cilddə, ikinci nəşri). I c. Bakı: Maarif, 1975, 416 səh.
  9. SSRİ xalqları ədəbiyyatı (iki cilddə, ikinci nəşri). II c. Bakı: Maarif, 1977, 360 səh.
  10. Nəsrimizin üfüqləri. Bakı: Yazıçı, 1982, 182 səh.
  11. Ədəbiyyat. Bakı: Maarif, 1983, 232 səh.(müştərək, bu (X sinif üçün) dərsliyin yenidən işlənmiş və təkmilləşdirilmiş 12-ci nəşridir).
  12. Sovet ədəbiyyatı. Bakı: Maarif, 1985, 232 səh.
  13. Ədəbiyyatşünaslığın əsasları. Bakı: Maarif, 1988, 279 səh. (şərikli)
  14. "Kitabi-Dədə Qorqud" – intibah abidəsi. Bakı: Gənclik, 1993, 172 səh.
  15. Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı. Bakı: Maarif, 1994, 429 səh.
  16. "Kitabi-Dədə Qorqud" – intibah abidəsi (II nəşri). Bakı: Universitet nəşri, 2001, 241 səh.
  17. Ukraynanın böyük kobzarı. Bakı: Azərnəşr, 1964, 45 səh.
  18. Ədəbiyyat dərslərində milli məfkurə təbliğinin imkan və üsulları (elmi-metodik vəsait). Bakı: Maarif, 1977, 30 səh.
  19. Əhməd Yəsəvi. Bakı: Azərnəşr, 1998, 43 səh.
  20. Əli və Nino problemləri. Bakı: Nurlan, 1999, 32 səh.
  21. "Kitabi-Dədə Qorqud". Bakı: Elm, 1999, 166 səh.
  22. Nizami Gəncəvi və SSRİ xalqları ədəbiyyatı (məqalələr toplusu). Bakı: ADU nəşri, 1986, 75 səh.




Tərcümələri   (ruscadan)


  1. Üç qardaş. Bakı: Gənclik, 1972, 4 səh.
  2. Ağıllı qız. Bakı: Gənclik, 1972, 5 səh.
  3. Bir uşaq şəhəri necə xilas elədi. Bakı: Gənclik, 1972, 5 səh.
  4. Qızıl alma. Bakı: Gənclik, 1972, 6 səh.
  5. Dombra nə dedi? Bakı: Gənclik, 1972, 5 səh.
  6. Yarı qulağın nağılı. Bakı: Gənclik, 1972, 5 səh.
  7. Kəndlilər ağanı təbrik etdilər. Bakı: Gənclik, 1972, 6 səh.
  8. Çöl qazları. Bakı: Gənclik, 1972, 6 səh.
  9. Sehirli dəyirman. Bakı: Gənclik, 1972, 5 səh.
  10. Beş kökə. Bakı: Gənclik, 1982, 12 səh.
  11. Ərik çəyirdəyi. Bakı: Gənclik, 1982, 5 səh.
  12. İki Peters. Bakı: Gənclik, 1982, 13 səh.
  13. Kəndli və tamahkar pan. Bakı: Gənclik, 1982, 12 səh.
  14. Dabbağ Kiril. Bakı: Gənclik, 1983, 11 səh.
  15. Mikel de Servantes. Lamançlı Don Kixot (Dünya uşaq ədəbiyyatı kitabxanası, 50 cilddə) IV c. I kitab. Bakı: Gənclik, 1983, 518 səh.
  16. Mikel de Servantes. Lamançlı Don Kixot (II kitab). Bakı: Gənclik, 1985, 567 səh.
  17. Herodot. Tarix (I hissə). Bakı: Azərnəşr, 1986, 326 səh.
  18. Herodot. Tarix (9 kitabda). Bakı: Azərnəşr, 1994, 640 səh.

Polux Poluxov

Polux Poluxov.jpg
Polux Məhəmməd oğlu Poluxov 1932-ci ildə Borçalı rayonunun Sadaxlı kəndində doğulmuşdur. Kənd orta məktəbini bitirmişdir. 1951-1957-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində ali təhsil almışdır. Sadaxlı kənd xəstəxanasında həkim (1957-1961), baş həkim (1961-2002) və həkim (2002-2008) işləmişdir. Sadaxlı kəndinin ilk azərbaycanlı ali təhsilli həkimi idi. Ona el arasında "qoca həkim" də deyirdilər. 51 il ərzində həkimin şəfalı əlləri minlərlə insanı həyata qaytarmış, ölümün-xəstəliyin əlindən qurtarmışdır.
Polux Poluxov xidmətlərinə görə, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin diplomunu və 1982-ci ildə SSRİ səhiyyə əlaçısı adını almışdır. 1984-cü ildə Gürcüstan SSR əməkdar həkimi fəxri adına layiq görülmüşdür. Gürcüstan azərbaycanlıları arasında əməkdar həkim adını alan ilk mütəxəssisdir. 2010-cu ildən Sadaxlı kənd xəstəxanası onun adını daşıyır.

Yorumlar